Pirvahid kəndində səyyar vətəndaş qəbulu keçirilib.
27 avqust 2026 | 16:45
Pirvahid kəndində səyyar vətəndaş qəbulu keçirilib.
27 avqust 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İkinci Nügədi kənd inzibati ərazi dairəsinin Pirvahid kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, kənd sakinləri qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksinin, Birinci Qarabağ Müharibəsi şəhidi Ramin Dadaşovun Pirvahid kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.








