Şriftin ölçüsü :

Saytın rəngi :

Qamqam kəndində Millət Vəkili Vahid Əhmədovun vətəndaşlarla görüşü keçirilmişdir.

11 iyul 2023 | 15:49

11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini cənab Tariyel İbrahimov tərəfindən rayonun Qamqam kəndində Rustov kənd İnzibati Ərazi Dairəsi üzrə vətəndaşlarla görüş keçirilmişdir.

Görüşdən əvvəl şəhid, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin xatirəsinə yaradılmış abidə kompleksi şəhidin ailə üzvləri ilə birlikdə ziyarət olunmuşdur.

Görüş zamanı Milli Məclisin üzvü cənab Vahid Əhmədov və Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini cənab Tariyel İbrahimov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən olduqca mühüm işlər və əldə olunan tarixi nailiyyətlər, eləcə də ölkə rəhbərliyinin yüksək diqqəti və qayğısı sayəsində Quba rayonunda görülmüş işlər barədə geniş danışmışlar.

Daha sonra isə vətəndaşlar tərəfindən qaldırılan məsələlər və irəli sürülən təkliflər ətraflı dinlənilmiş, həmin məsələlər icraata götürülmüş və bir çox məsələlərlə bağlı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

 

Keçidlər