Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraçay qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

21 dekabr 2022 | 14:38

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Qaraçay qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər