Şriftin ölçüsü :

Saytın rəngi :

Qarxun kəndində vətəndaşlarla səyyar qəbul keçirilib.

03 iyul 2026 | 18:09

Qarxun kəndində vətəndaşlarla səyyar qəbul keçirilib.

 

3 iyul 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rük kənd inzibati ərazi dairəsinin Qarxun kəndində  vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, Quba rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir. Vətəndaşlar tərəfindən səsləndirilən müraciət və təkliflər dinlənilmiş, qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerində müvafiq tapşırıqlar verilmişdir.

Kənd sakinləri onların müraciətlərinə həssas yanaşılmasına, bölgələrin inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Qarxun kəndində inşa edilmiş Şəhidlərin xatirə guşəsini ziyarət edərək qarşısına gül dəstələri düzmüşdür.

Keçidlər