Qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
16 mart 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin akt zalında qazilərlə və Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, RİH başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Əvvəlcə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev bütün qaziləri və Vətən müharibəsi iştirakçılarını qarşıdan gələn əlamətdar bayram - Novruz bayramı münasibətilə ürəkdən təbrik etmiş, ölkəmizdə, həmçinin Quba rayonunda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı barədə geniş danışmışdır.
Daha sonra qaziləri və müharibəsi iştirakçılarını maraqlandıran məsələlər dinlənilmiş və aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir. Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qaziləri və müharibə iştirakçılarını Novruz bayramı münasibətilə bir daha təbrik edərək onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bildirmişdir.