Şriftin ölçüsü :

Saytın rəngi :

Qəçrəş kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulu keçirilmişdir.

19 oktyabr 2023 | 14:52

19 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qəçrəş kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Qəçrəş kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Şahmərdanov İbrahim Abdulməcid oğlunun Qəçrəş kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün qarşısına gül dəstələri düzmüşlər.

Keçidlər