Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair iclas keçirilmişdir.
6 noyabr 2024-cü il tarixdə Quba rayonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair iclas keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli, Quba Bitki Mühafizə Mərkəzinin direktoru Kamran Məhərrəmov, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları, Quba RİHB-nin şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin icrasına nəzarətin gücləndirilməsi və mövcud vəziyyətə uyğun olaraq aidiyyəti üzrə təxirəsalınmaz tədbirlərin görülməsi və bu barədə maarifləndirmə işinin aparılması vurğulanmışdır.