“QHT - dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda Respublika zona konfransı keçirilmişdir.
“Quba Palace” otelində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT - dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda Respublika zona konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri cənab Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlatının İcra Hakimiyyəti başçılarının müavinləri, qeyd olunan rayonların RİH yanında İctimai şuralarının üzvləri, “Regional İnkişaf” İctimai Birliyinin Quba-Xaçmaz regionu üzrə nümayəndəsi, qeyri-hökumət təşkilatlarının sədrləri iştirak etmişdir.