Şriftin ölçüsü :

Saytın rəngi :

“Qida və Kənd təsərrüfatı Forumu” çərçivəsində ölkəmizə səfərə gələn Türkiyədən olan iş adamları və MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvləri Quba rayonuna səfər etmişdir.

15 dekabr 2023 | 10:24

 “Qida və Kənd təsərrüfatı Forumu” çərçivəsində ölkəmizə səfərə gələn Türkiyədən olan iş adamları və MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvləri Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaqlar Quba şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini, İqrığ kənd qəbristanlığında yerləşən Türk şəhidlərinin məzarını ziyarət etmiş, sonra qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Taryel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə görüş keçirilmiş daha sonra Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi, Azərbaycan-Türkiyə Qardaşlıq parkı və Aşağı Atuc kəndində yerləşən meyvə bağı ilə tanış olmuşlar.

Keçidlər