Şriftin ölçüsü :

Saytın rəngi :

Qırmızı Qəsəbə İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulu keçirilmişdir.

13 iyul 2023 | 14:10

13 iyul 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov Qırmızı Qəsəbə İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər