Qırmızı Qəsəbə qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
Qırmızı Qəsəbə qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
25 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Qırmızı Qəsəbə qəsəbəsində yaradılmış Vətən müharibəsi şəhidi Aydəmir Hacıyevin bulaq-xatirə kompleksinin və şəhid Ramin Abdulrəhimovun xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.








