Şriftin ölçüsü :

Saytın rəngi :

Qonaqkənd qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.

18 iyun 2026 | 15:24
Qonaqkənd qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib.
18 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, regionların inkişafı istiqamətində görülən işlər, həmçinin Quba rayonunda icra olunan layihələr barədə ətraflı məlumat vermişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər diqqətlə dinlənilmiş, onların həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə yerindəcə müvafiq tapşırıqlar verilmişdir. Həlli əlavə araşdırma tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti üzrə icrası üçün qeydiyyata alınmışdır.
Qəsəbə sakinləri göstərilən diqqətə və qayğıya, əhalinin sosial rifahının yüksəldilməsi, problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Qonaqkənd qəsəbəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini və qəsəbənin mərkəzində yerləşən Şəhidlər abidə-xatirə kompleksini ziyarət etmiş, abidələrin önünə gül dəstələri düzərək dahi şəxsiyyətin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmişdir.
Keçidlər