Quba “ASAN həyat” Kompleksində yerləşən “Kino Klub”da 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir.
30 yanvar 2026 | 15:23
30 yanvar 2026-cı il tarixdə Quba “ASAN həyat” Kompleksində yerləşən “Kino Klub”da 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional Nümayəndəliyi, Quba regional “ASAN Xidmət” Mərkəzi və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev, Quba regional “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Vəfa Rüstəmova və könüllülər çıxış edərək gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirin sonunda ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.








