Şriftin ölçüsü :

Saytın rəngi :

“Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Novruz bayramına həsr edilmiş rayon gəncləri və həvəskarlar arasında “Novruz qaçışı” keçirilmişdir.

18 mart 2024 | 16:27

18 mart 2024-cü il tarixdə Quba rayonu Alpan kənd yolu istiqamətində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Novruz bayramına həsr edilmiş rayon gəncləri və həvəskarlar arasında “Novruz qaçışı” keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayonun idman ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak etmişdir.

Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında atletika idman növünə marağın artırılması, gənclərdə Vətənpərvərlik ruhunun yüksəldilməsi və atletika idman növünün inkişaf etdirilməsidir.

Yarışın sonunda qalib gələn yeniyetmə və gənclərə diplom, medal və hədiyyələr təqdim edilmişdir.

Keçidlər