Şriftin ölçüsü :

Saytın rəngi :

“Quba Meydanı” mədəniyyət və istirahət parkında “Sehrli Novruz” adlı bayram tədbiri keçirilib.

14 mart 2025 | 16:47

“Quba Meydanı” mədəniyyət və istirahət parkında “Sehrli Novruz” adlı bayram tədbiri keçirilib.

14 mart 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Quba Meydanı” mədəniyyət və istirahət parkında “Sehrli Novruz” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri və İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir bayram tonqalının alovlandırılması ilə başlamış, sonra ayrı-ayrı təhsil müəssisələri tərəfindən hazırlanmış guşələrə baxış keçirilmişdir.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimovun və Quba rayonu üzrə Təhsil sektorunun müdiri Pərviz Nurməmmədovun bayram təbriklərindən sonra, tədbir rəqs nümunələri və musiqi nömrələri ilə davam etdirilmişdir.

Keçidlər