“Quba Meydanı” parkının qarşısında bayram yarmarkası keçirilir.
“Quba Meydanı” parkının qarşısında bayram yarmarkası keçirilir.
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 27 və 28 dekabr 2025-ci il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir.
27 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri yarmarka ilə tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlarını vermişlər.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar qiymətlərinə görə mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.








