“Quba Meydanı” parkının qarşısında Novruz və Ramazan bayramları münasibətilə yarmarka fəaliyyətə başlayıb.
“Quba Meydanı” parkının qarşısında Novruz və Ramazan bayramları münasibətilə yarmarka fəaliyyətə başlayıb.
Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında Novruz və Ramazan bayramları ilə əlaqədar kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır.
Yarmarka 14 və 15 mart 2026-cı il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.
Rayon İcra Hakimiyyətinin məsul şəxsləri martın 14-də yarmarkanın təşkili və fəaliyyəti ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişlər.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan kənd təsərrüfatı və digər ərzaq məhsulları mövcud bazar qiymətindən xeyli ucuz qiymətlərlə alıcılara təqdim olunur.








