Quba Mülki Müdafiə sahəsində görülmüş işlər barədə metodiki toplanış keçirilib.
22 noyabr 2024 | 16:45
Quba Mülki Müdafiə sahəsində görülmüş işlər barədə metodiki toplanış keçirilib.
22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin akt zalında “Quba rayonunda Mülki Müdafiə üzrə 2024-cü ilin yekunları barədə hesabatın verilməsi və 2025-ci ildə qarşıda duran vəzifələrin təyin edilməsi” mövzusunda metodiki toplanış keçirilmişdir. Toplanışda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri, Mülki Müdafiə qərargahının rəisi Şahin Aslanov, Rayon İcra Hakimiyyəti Mülki Müdafiə qərargahının üzvləri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəis müavinləri Zabil Babayev və polkovnik Elnur Xanbabayev və digər şöbələrin əməkdaşları, rayonun idarə və təşkilatlarının Mülki Müdafiə qərargahlarının rəisləri, RİHB-nin İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.