Şriftin ölçüsü :

Saytın rəngi :

“Quba Open 2026” II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

10 sentyabr 2026 | 17:57
“Quba Open 2026” II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
10 sentyabr 2026-cı il tarixdə Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunmuş “Quba Open 2026” II Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Şahmat Federasiyasının Layihə rəhbəri Raul Quliyev, Azərbaycan Şahmat Federasiyasının Texniki direktoru və Beynəlxalq Şahmat Federasiyasının Reytinq üzrə məsul şəxsi Rəhim Qasımov, Azərbaycan Şahmat Federasiyasının komissiya sədri Cavanşir Bağırov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi, “Ağ Top” Şahmat Klubunun nümayəndələri, hakimlər, məşqçilər, şahmatçılar və digər qonaqlar iştirak etmişdir.
Çıxışlarda beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsi ehtiramla yad olunmuş, festivalın şahmatın inkişafı və kütləviləşdirilməsi, uşaq və gənclərin bu intellektual oyuna marağının artırılması, eləcə də istedadlı şahmatçıların üzə çıxarılması baxımından əhəmiyyəti vurğulanmışdır. Sonra yarışların nəticələrinə əsasən fərqlənən şahmatçılar mükafatlandırılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Şahmat Federasiyasının və “Ağ Top” Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən “Quba Open 2026” II Beynəlxalq Şahmat Festivalı beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunmuşdur.
Keçidlər