Şriftin ölçüsü :

Saytın rəngi :

“Quba Palace” otelində “Aqrobiznesin İnkişafı Forumu-3 keçirilmişdir.

29 mart 2024 | 17:06

29 mart 2024-cü il tarixdə “Quba Palace” otelində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən maraqlı tərəflərin, aidiyyəti dövlət orqanlarının, assosiasiyaların, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Aqrobiznesin İnkişafı Forumu-3 keçirilmişdir.

Forumun açılışında çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov,  Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, FAO-nun regional nümayəndəsinin müavini Nabil Gangi, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman keçirilən tədbirin əhəmiyyətinə toxunmuş və Azərbaycan iqtisadiyyatının əsas hədəflərindən olan qeyri-neft sektorunun inkişafı üzrə aqrar sahənin prioritet istiqamətlərinə dair tədbirlərin dəstəklənməsi, qabaqcıl texnoloji üsullardan, həmçinin innovativ yanaşmalardan istifadə etməklə milli aqro-ərzaq sistemlərinin təkmilləşdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi, əlverişli investisiya mühiti yaratmaqla ticarətin inkişafı və sosial məsuliyyəti balanslaşdıran, habelə gənclərin və qadınların məşğulluğunu artıran davamlı fəaliyyətlərin həyata keçirilməsindən danışmışlar.

Forum öz işini panel sessiyalarla davam etdirmişdir. 

Keçidlər