Şriftin ölçüsü :

Saytın rəngi :

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi nəticəsində avtomobil yolunda nəqliyyatın hərəkəti tamamilə dayanmışdır.

09 aprel 2026 | 14:10
Məlum olduğu kimi, rayon ərazisinə yağan güclü və aramsız yağışlardan sonra Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi nəticəsində avtomobil yolunda nəqliyyatın hərəkəti tamamilə dayanmışdır.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunda nəqliyyatın hərəkətinin bərpası və bərpa işlərinin bitməsinə qədər alternativ yolun salınması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin, Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin, rabitə, işıq və başqa xidmət sahələrinin rəhbər şəxslərinin iştirakı ilə təkrar baxış keçirilmişdir.
Ərazidə intensiv torpaq sürüşməsinin davam etdiyini nəzərə alaraq 25 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin təcili bərpası üçün alternativ yolun istifadəyə verilməsi istiqamətində mütəxəssislərin rəy və tövsiyələrinə əsasən zəruri tədbirlər davam etdirilir.
Keçidlər