Şriftin ölçüsü :

Saytın rəngi :

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində yaranmış vəziyyətlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əraziyə baxış keçirmişdir.

07 aprel 2026 | 15:56
Bu gün səhər saatlarında, yağan aramsız yağışlardan sonra Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrliyində yaranmış vəziyyətlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əraziyə baxış keçirmişdir. Aidiyyəti təşkilatlarla birlikdə təcili tədbirlər görülməsinə başlanılmışdır. Yolun bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün texnika və canlı qüvvə əraziyə cəlb edilmiş, sürüşmə nəticəsində yararsız hala düşmüş asfalt yolun bərpası istiqamətində işlər aparılır.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qeyd etmişdir ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi üçün bütün imkanlar səfərbər olunacaq, işlər tam başa çatana qədər ərazidə nəzarət gücləndiriləcəkdir.
Keçidlər