Şriftin ölçüsü :

Saytın rəngi :

Quba-Qusar batalyonunun yaranması günü ilə əlaqədar tədbir keçirilmişdir

27 dekabr 2022 | 15:03
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və “Şəhid ailələrinə qayğı” Cəmiyyətinin birgə təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba-Qusar batalyonunun yaranması günü ilə əlaqədar tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Salman Musayev tərəfindən rayonda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqətə və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi “Böyük Zəfər medalı” təqdim olunmuşdur.
Keçidlər