Quba rayon Heydər Əliyev Mərkəzində II Quba Kitab Sərgisinin açılış mərasimi keçirilib.
10 oktyabr 2026 | 13:44
Quba rayon Heydər Əliyev Mərkəzində II Quba Kitab Sərgisinin açılış mərasimi keçirilib.
10 oktyabr 2026-cı il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində II Quba Kitab Sərgisinin açılış mərasimi keçirilmişdir. Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və BP şirkətinin təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi bölgədə mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin kitaba marağının artırılması, uşaqların və gənclərin intellektual inkişafının dəstəklənməsi, eləcə də oxucularla yazıçılar və nəşriyyatlar arasında əlaqələrin genişləndirilməsidir.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, ziyalılar, şairlər, nəşriyyat təmsilçiləri, müəllimlər, şagirdlər, tələbələr, mətbuat nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak etmişdir.
İki gün davam edəcək sərgi çərçivəsində tanınmış yazıçı və şairlərlə görüşlər, imza saatları, konsert proqramı, uşaqlar üçün intellektual ustad dərsləri, mütaliə saatları, əyləncəli tədbirlər və səhnəciklər təşkil olunacaqdır.








