Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyəti başçısının Ramazan bayramı münasibətilə rayon ictimaiyyətinə təbriki.

09 aprel 2024 | 19:45
Quba Rayon İcra Hakimiyyətinin Ramazan bayramı münasibətilə rayon ictimaiyyətinə
T Ə B R İ K İ
Əziz qubalılar,
Sizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan, Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı bildiririk. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında əməl edilən şərtlər insanlarda xeyirxahlıq, bərabərlik, qarşılıqlı hörmət, dözümlülük, ehtiyacı olanlara yardım etmək, saflıq və digər nəcib duyğuları daha da möhkəmləndirir.
İslam dünyasının ayrılmaz bir hissəsi olan ölkəmizdə tarixin ayrı-ayrı dövrlərində baş vermiş müxtəlif prosseslərə baxmayaraq xalqımız öz milli-mənəvi dəyərlərini hər zaman qoruyub saxlamışdır. Ötən əsrin sonlarında xalqımız özünün dövlət müstəqilliyini bərpa etdi. 1993-cü ilin iyun ayında Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışı digər sahələr kimi dövlət-din münasibətlərində də tərəqqinin əsasını qoydu. Ümummilli Liderimiz hər zaman dini dəyərlərə qayğı göstərmiş, milli və dini bayramların dövlət səviyyəsində qeyd olunması məqsədilə ardıcıl tədbirlər görmüşdür. Məhz Ulu Öndərin yüksək qayğısı sayəsində Ramazan bayramı, Qurban bayramı və digər milli və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı.
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də milli-mənəvi dəyərlərimizə, dini adətlərimizə hər zaman yüksək diqqət və qayğı göstərir. Son illərdə respublikamızda bir sıra İslam və digər dinlərə məxsus ibadətgahlarının binaları əsaslı təmir olunmuş, çoxlu sayda yeni məscid, kilsə və sinaqoq binaları tikilərək istifadəyə verilmişdir.
Əziz həmyerlilər,
Artıq dördüncü ildir ki, xalqımız Ramazan bayramını hədsiz fərəh və qürur hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi dədə-baba torpaqlarımızda həyat yenidən dirçəlir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 30 ilə yaxın bir dövrdə düşmən işğalı altında olan ərazilərdə dağıdılan dini ibadətgahlarımızı ziyarət etməsi və bu ibadətgahların bərpa olunmasına xüsusi diqqət yetirməsi ölkəmizdə dini sahəyə göstərilən yüksək qayğının daha bir sübutudur.
Bu müqəddəs Ramazan bayramı günlərində biz Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş mərd oğullarımızı da böyük ehtiramla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfalar diləyirik.
Doğma Azərbaycanımız tarix boyu müxtəlif dinlərə məxsus olan xalqların mehriban bir ailə kimi yaşadığı, bütün xalqların adət-ənənələrinə, dini dəyərlərinə, inanclarına böyük qayğı göstərildiyi, heç bir ayrı-seçkiliyin olmadığı məmləkət olmuşdur. Bu hazırki dövrdə də belədir. Bu gün respublikamız dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır. Hazırda dünyanın müxtəlf ölkələrində olduqca mürəkkəb prosseslərin baş verdiyi bir dövrdə mühüm bir geosiyasi məkanda, qərblə-şərqin kəsişməsində yerləşən Azərbaycan Respublikasında möhkəm ictimai-siyasi və dini sabitlik mövcuddur.
Quba rayonu da respublikamızda multikultural ənənələrin və tolerantlığın əsrlər boyu qorunub saxlandığı, müxtəlif xalqların qardaşlıq şəraitində yaşadığı bir rayondur. Hazırda rayonumuzda 72 məscid, 2 sinaqoq fəaliayyət göstərir, 26-sı İslam, 1-i isə Yəhudi dini icması olmaqla dövlət qeydiyyatından keçmiş 27 dini icma vardır. Əminəm ki, bundan sonra da rayonumuzda bu qardaşlıq münasibətlərinin, mehribançılığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün hər bir rayon sakini əlindən gələni əsirgəməyəcək.
Əziz qubalılar,
Müsəlman bacı və qardaşlar,
Bütün müsəlman dünyası bir neçə gündən sonra müqəddəs Ramazan bayramını qeyd etməyə hazırlaşır. Sizlərin hər birinizi bir daha qarşıdan gələn bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı və xoşbəxtlik diləyirik. Qoy qıldığınız namaz, tutduğunuz oruc, etdiyiniz dualar qəbul olsun.
Bayramınız mübarək!
Keçidlər