Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

12 fevral 2025 | 16:08
Quba Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib
Bu gün Quba Rayon İcra Hakimiyyəti başçısı vətəndaşları qəbul edib. Qəbul zamanı rayon sakinlərinin sosial problemləri, onların qarşılaşdığı çətinliklər və təklifləri dinlənilib.
Qəbul çərçivəsində müraciətlər diqqətlə nəzərdən keçirilib, vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Hər bir vətəndaşın müraciətinin həlli istiqamətində operativ tədbirlərin görülməsi üçün müvafiq strukturlar səfərbər olunub.
Quba Rayon İcra Hakimiyyəti vətəndaşların sosial rifahının yaxşılaşdırılması və problemlərinin həlli üçün bundan sonra da mütəmadi olaraq görüşlər keçirməyə davam edəcəkdir.
Keçidlər