Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Quba Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutuna 2022/2023-cü tədris ilində yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə rayonumuzun ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri, tələbələr və din xadimlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova giriş nitqi ilə çıxış etmiş, sonra isə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova çıxış edərək Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları barədə məlumat vermişlər.
Tədbirin sonunda suallar cavablandırılmışdır.