Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətində bir qrup QHT rəhbərləri ilə görüş keçirilib.

27 noyabr 2025 | 15:43

27 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bu günlərdə “Gülüstan” sarayında “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu”nun açılışında iştirak etmiş Quba rayonunda fəaliyyət göstərən Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin, “Vətən Naminə” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərlərini Rayon İcra Hakimiyyətində qəbul etmişdir.        

Qəbulda dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən və ölkədə aparılan mütərəqqi islahatlardan, bu islahatların inkişafa təsirindən danışılmış, həmçinin qeyri-hökumət təşkilatlarının rayonda keçirəcəyi maarifləndirmə layihələri barədə ətraflı söhbət aparılmışdır.

Daha sonra İctimai Birliklərin rəhbərləri onlara göstərilən diqqət və qayğı üçün dövlətimizin başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etmişlər.

Keçidlər