Quba Rayon İcra Hakimiyyətində Şəhid ailələri ilə görüş keçirilmişdir.
27 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 7 noyabr 2023-cü il tarixdə imzalanmış Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təltif olunmuş hərbi qulluqçuları - leytenant Bayramov Tapdıq Namiq oğlu, gizir Bayramov İxtiyar Bayram oğlu, əsgər Qəhrəmanov Sənan Nəsimi oğlu, əsgər Əliyev Səbuhi Tahir oğlu, əsgər Həsənov Emral Vüqar oğlu, əsgər Əliyev Altun Tağı oğlunun ailə üzvlərinə şəhidlərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin və “Vətən uğrunda” medallarının təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak etmişdir.