Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov ilə görüş keçirilib.

22 yanvar 2025 | 18:40
Quba Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov ilə görüş keçirilib.
22 yanvar 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalovu qəbul etmiş, səmimi məcrada baş tutan görüşdə qəhrəmanın döyüş yolu xatırlanaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun qazandığı tarixi Qələbə xüsusi vurğulanmışdır. Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Camalov öz növbəsində səmimi qəbula görə dərin təşəkkürünü bildirmişdir.
Ceyhun Fikrət oğlu Camalov 17 yanvar 1983-cü ildə Quba rayonunun Yenikənd kəndində anadan olmuş, 1999-cu ildə Yenikənd kənd tam orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuş və təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başlamışdır. O, 2016-cı ilin Aprel döyüşləri, 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı və bir sıra mühüm döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, ⁠3-cü dərəcəli “Rəşadət” ordeni, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “⁠Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunması”, “⁠Füzulinin azad olunması” və “⁠Şuşanın azad olunması” medalları ilə təltif olunmuşdur. Bundan əlavə, C.Camalov xidmət dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2-ci ⁠dərəcəli və 1-ci dərəcəli medalları ilə də təltif olunmuşdur.
Keçidlər