Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə rayon qadınlarına təbriki.

07 mart 2024 | 18:31

Quba Rayon İcra Hakimiyyətinin 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə rayon qadınlarına

 

T Ə B R İ K İ

 

Əziz xanımlar,

Analar və bacılar,

Rayonumuzun bütün qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər bir xanıma möhkəm cansağlığı, səadət və xoş günlər arzulayırıq.

Xalqımızın milli-mənəvi dəyərlər sistemində qadına hörmət, ana sevgisi hər zaman xüsusi yer tutmuşdur. Əcdadlarımız qadınlara namus, qeyrət mücəssiməsi, sədaqət, ismət və paklıq rəmzi kimi yanaşmışlar. Xalqımız tarixə qadın hökmdarlar, sərkərdələr, diplomatlar, görkəmli ictimai-siyasi xadimlər, elm və incəsənət nümayəndələri, digər sahələr üzrə böyük simalar bəxş etmişdir. Tarix boyu Azərbaycan qadınları kişilərlə birlikdə yurdumuzun müdafiəsində durmuş, bütün dövrlərdə doğma Vətənimizin inkişafı və çiçəklənməsi naminə rəşadət göstərmişlər.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə qadınlarımıza yüksək diqqət və qayğı göstərmiş, onların cəmiyyət həyatının bütün sahələrində layiqincə təmsil olunması məqsədilə ardıcıl tədbirlər görmüşdür. Məhz bu tarixi şəxsiyyətin Azərbaycan qadınlarına olan yüksək diqqət və qayğısının, göstərdiyi böyük etimadın nəticəsi olaraq qadınlarımızın cəmiyyətin bütün sahələrində fəallıqları  artmışdır. Hazırda bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müstəqil dövlətimizin qısa vaxt ərzində bütün sahələrdə qazandığı tarixi nailiyyətlərdə qadınların rolu əvəzsizdir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları sahəsində qadınlarımızın mühüm xidmətləri vardır. Xanımlarımız 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Əziz xanımlar,

Bu gün qadınlarımız dövlət idarəçiliyi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və cəmiyyətimizin bütün digər sahələrində yüksək fəallıq və fədakarlıq nümayiş etdirərək ölkəmizin daha da inkişaf etməsinə, həmçinin respublikamızın beynəlxalq arenada yüksək səviyyədə təmsil olunmasına layiqli töhfələrini verirlər. Bu istiqamətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm layihələri xüsusi qeyd etmək lazımdır.

Rayonumuzun ictimai-siyasi və mədəni həyatında da qadınlar mühüm rol oynayırlar. Əldə etdiyimiz nailiyyətlərdə rayon əhalisinin təxminən yarısını təşkil edən qadınların müstəsna xidmətləri vardır.

Əminik ki, ölkəmizin bütün qadınları kimi qubalı ana və bacılarımız da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitliyin qorunması, xalqımızın daha böyük uğurlara nail olması, dövlətimizin davamlı tərəqqisi naminə öz səylərini əsirgəməyəcəklər.

Əziz xanımlar,

Sizlərin hər birinizi bu əlamətdar bayram - 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizlərə uzun ömür, can sağlığı və xoşbəxtlik arzu edirik.

Bayramınız mübarək!

 

Keçidlər