Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşmüşdür.

04 sentyabr 2023 | 14:53

4 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşmüş və geniş fikir mübadiləsi aparmışdır.
Görüşdə çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudova təbriklərini çatdırmış, fəaliyyətində uğurlar arzulamışlar. Eyni zamanda, onlar qeyd etmişlər ki, Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin müstəqilliyini onun siyasi kursunun varisi olan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim qoruyacaq və dəstəyələyəcəyik. Görüşdə rayon ağsaqqallarının təklif və istəkləri dinlənilmişdir.
Görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ağsaqqallara daim böyük hörmətlə yanaşır, onların ictimai həyatda fəallığını təmin edir, yaşayış şəraitlərinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Keçidlər