Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev 12-13 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçuları müalicə aldıqları hospitalda ziyarət etdi.

18 sentyabr 2022 | 15:08

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev 12-13 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı yaralanaraq hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicə alan Quba rayonundan olan hərbi qulluqçular Mətləb Həbibovu, Vaqif Xeyrullayevi, Aqşin Ağayevi, Vüsal Eyyubovu, Kənan Mustafayevi və Zaur Sadıqovu müalicə aldıqları hospitalda ziyarət etmiş, onlarla ətraflı söhbət aparmış, müalicələrinin gedişatı ilə maraqlanmış, hərbi qulluqçulara Vətənimizin müdafiəsi naminə göstərdikləri şücaətə görə dərin təşşəkürünü bildirmiş və sovqatlar təqdim etmişdir.

Keçidlər