Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev məzunlarla görüşmüşdür.
14 iyun 2022 | 14:55
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev “Son zəng” tədbirlərində iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tədbirlərdə çıxış edərək Vətən Müharibəsində iştirak etmiş, fədakarcasına döyüşmüş, qəhramanlıqlar göstərmiş, bu yolda şəhid və qazi olmuş mərd oğullarımızı yad edib, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfa diləyib və daha sonra təhsil sahəsinə göstərilən dövlət qayğısı, son illərdə Azərbaycan təhsilinin əldə etdiyi uğurlar, təhsil müəssisələrinin maddi-texniki bazasının ən müasir beynəlxalq standartlar səviyyəsinə çatdırılması, eləcə də Qubada təhsil sahəsində görülən işlər barədə ətraflı danışmış, məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışdır.