Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərinin Əliqulu Nərimanov küçəsində asfaltlaşma işlərinin başlanması ilə əlaqədar işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
20 aprel 2023 | 12:16
20 aprel 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Quba şəhərinin Əliqulu Nərimanov küçəsində asfaltlaşma işlərinin başlanması ilə əlaqədar işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Son illərdə Quba rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən olduqca mühüm və geniş miqyaslı layihələrin davamlı olaraq 2023-cü il ərzində də həm Quba şəhərində, həm də rayonun bir sıra digər yaşayış məntəqələrində yolların yenidən qurulması, əsaslı və cari təmiri, eləcə də asfaltlanması istiqamətində xeyli işlərin icrası nəzərdə tutulmuşdur.