Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi iştirakçısı Əkbərov Heybətqulu Təvəkkül oğlunun toy məclisində iştirak etmişdir.
11 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, RİHB aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi və rayon ictimaiyyətinin nümayəndələri Vətən Müharibəsi iştirakçısı Əkbərov Heybətqulu Təvəkkül oğlunun toy məclisində iştirak etmişlər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev toy məclisində çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua vermiş, onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik etmiş, şəhid ailələrinə və qazilərə, həmçinin Vətən Müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından ətraflı danışmışdır.
Rayon rəhbərliyinin belə məclislərdə iştirak etməsi dövlətimizin hər zaman bütün vətəndaşlarının qayğısına qalmasının daha bir əyani sübutudur.