Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.

04 aprel 2023 | 15:24

4 aprel 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və rayon ictimaiyyətinin bir qrup digər nümayəndələri ilə birlikdə rayonun Amsar kəndində Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qazini və onun ailə üzvlərini narahat edən məsələlərlə də tanış olaraq aidiyyəti şəxslərə lazımi tapşırıqlar vermişdir.

Qazinin atasının üç mərasiminin təşkili məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən mərhumun ailəsinə müxtəlif adda köməkliklər də göstərilmişdir.

Keçidlər