Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun il dönümü mərasimində iştirak etmişdir.

03 noyabr 2022 | 14:15
3 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Zizik kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ötən həftə vəfat etmiş atası Hüseynbala Allahyarovun cümə axşamı mərasimi, eləcə də Şahin Allahyarovun müqəddəs şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar ehsan süfrəsi təşkil olunmuşdur.
Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, rayonun hüquq-mühafizə orqanlarının və bütün idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Zizik kənd qəbristanlığında şəhidimizin və onun atasının məzarları ziyarət olunmuş, daha sonra isə ehsan mərasimi keçirilmişdir.
Keçidlər