Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirmişdir.

01 noyabr 2022 | 15:42

1 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin akt zalında Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Vahid Əhmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının digər məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİH başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş çıxış edərək görüş iştirakçılarını qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik etmiş, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində qazandığı Tarixi Qələbə barədə ətraflı danışmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev çıxışında şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, eləcə də rayonda bu istiqamətdə görülən işlər barədə də məlumat vermişdir.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmiş, eləcə də onları maraqlandıran məsələlər barədə danışmışlar.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhid ailələri tərəfindən qaldırılan məsələlərin qısa vaxt ərzində həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev görüşə yekun vuraraq bir daha hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etmiş, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir.

Tədbir iştirakçıları Quba rayon Şəhidlər Xiyabanını da ziyarət etmişdir.

Keçidlər