Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə “İslahatçı Gənclər” İctimai Birliyinin “Gənclərin Dostu” milli mükafatı təqdim olunmuşdur.

30 iyun 2022 | 14:45

Quba Rayon İcra Hakimiyyətinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizdə gənclərin rolunun artırılması” mövzusunda konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin və DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin məsul şəxsləri, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri və gənclər iştirak etmişdir. Konfransdan əvvəl “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı tərəfindən rayonda dövlət gənclər siyasətinin inkişafına verdiyi mühüm dəstəyə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə “İslahatçı Gənclər” İctimai Birliyinin “Gənclərin Dostu” milli mükafatı təqdim olunmuşdur.

Keçidlər