Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin sədirliyi ilə “Quba rayonunun ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə” yaradılmış Qərərgahın iclası keçirilmişdir.

04 aprel 2023 | 15:43

4 aprel 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin sədirliyi ilə “Quba rayonunun ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə” yaradılmış Qərərgahın iclası keçirilmişdir.

İclasda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonda suvarma suyu və içməli su sahəsində indiyədək görülmüş işlər, mövcud problemlər və həlli vacib olan məsələlər barədə geniş danışmış, qeyd olunan sahələrdə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunması, mövcud problemlərin qısa vaxt ərzində aradan qaldırılması və hər hansı bir problemə, neqativ hallara yol verilməməsi barədə aidiyyəti şəxslərə ciddi tapşırıqlar vermişdir.

Keçidlər