Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı Dövlət Arxivinin Quba filialının iş fəaliyyətilə tanış olub.

19 dekabr 2025 | 14:29

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dövlət Arxivinin Quba Filialının fəaliyyəti ilə tanış olmuşdur. Görüş zamanı Filialın direktoru Şirin Müzəffərov arxivin tarixi, fəaliyyəti, sənədlərin qorunması, sistemləşdirilməsi və istifadə qaydaları barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, arxivdə saxlanan materialların mühafizəsi və elektronlaşdırılması istiqamətində müvafiq işlər görülür, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyətinin başçısı arxiv işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrini vermişdir.

Keçidlər