Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti təşkilatların rəhbərləri və mütəxəssislərlə birlikdə rayonun Birinci və İkinci Nügədi kəndlərinin sərhəddində yerləşən körpüdə yaranmış qəzalı vəziyyətlə yerində tanış olmuşlar.

24 aprel 2025 | 14:54

24 aprel 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev aidiyyəti təşkilatların rəhbərləri və mütəxəssislərlə birlikdə rayonun Birinci və İkinci Nügədi kəndlərinin sərhəddində, Qaraçay çayının üzərində, Quba - Qonaqkənd - Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən körpüdə yaranmış qəzalı vəziyyətlə yerində tanış olmuşlar. Mövcud vəziyyət ətraflı müzakirə olunmuş və qısa vaxt ərzində görüləcək tədbirlər müəyyənləşdirilmişdir.

Keçidlər