Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bir qrup fermerlə görüş keçirmişdir.

05 iyun 2026 | 16:55
25 may 2026-ci il tarixdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə söylədiyi nitqindən və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələrin icrası istiqamətində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bir qrup fermerlə görüş keçirmişdir.
Görüşdə kənd təsərrüfatı sahəsində qarşıda duran hədəflər, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti müzakirə olunmuşdur. Fermerlər öz təcrübələrini bölüşərək, bölgədə istehsal və emal sahələrinin daha da inkişaf etdirilməsi üçün təkliflərini səsləndirmişlər.
İlqar Mahmudov çıxışında vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları kənd təsərrüfatının dayanıqlı inkişafına, regionların sosial rifahının yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Qeyd olunmuşdur ki, bu tip görüşlər mütəmadi şəkildə təşkil ediləcək və fermerlərin dövlət proqramlarında fəal iştirakı təmin olunacaqdır. Bu, həm kənd təsərrüfatının inkişafına, həm də xalqla birgəlik ruhunun möhkəmlənməsinə xidmət edir.
Keçidlər