Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov hadisə yerinə baxış keçirmişdir.

16 iyun 2026 | 18:37
Son vaxtlar yağan intensiv yağıntıların təsiri ilə 16 iyun 2026-cı il tarixdə yaxınlıqdakı meşəlik ərazidə baş verən torpaq sürüşməsi nəticəsində Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunun 4-cü kilometrliyində uzunluğu 100 metr, eni isə 6 metr olan çökmə baş vermiş, yolun həmin hissəsi tamamilə dağılaraq yararsız vəziyyətə düşmüşdür. 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və aidiyyəti şəxslərlə birlikdə əraziyə baxış keçirmişdir. Hazırda yolda alternativ yolun açılması və elektrik enerjisin bərpası istiqamətində işlər davam etdirilir. Qısa müddət ərzində nəqliyyatın hərəkəti tam təmin ediləcəkdir.
Keçidlər