Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna baş çəkmişdir.

23 iyul 2024 | 18:24
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna baş çəkmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və İnstitutun direktoru İlham Qaraqurbanlı görüş zamanı Azərbaycanda meyvəçiliyin mövcud vəziyyəti, meyvəçilik sahəsinin inkişaf etmiş rayonlardan biri olan Qubada bu sahədə yaşanan problemlər və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmışlar.
İnstitutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova tərəfindən institutun fəaliyyəti, elmi nailiyyətləri, infrastrukturu, imkanları, aparılan elmi tədqiqat işləri, şöbə və laboratoriyaları haqqında məlumat verilmişdir.
İlqar Mahmudov institutun Mikroklonal çoxaltma, həmçinin istixana kompleksinin, molekulyar biologiya laboratoriyasının fəaliyyəti ilə, yerinə yetirilən işlər və müasir avadanlıqların iş prinsipi ilə, intensiv və superintensiv meyvə bağlarının salınmasında, müasir standartalara cavab verən meyvə tinglərinin istehsalında istifadə olunan in vitro üsulu ilə artırılmış vegetativ calaqaltıların laboratoriyadan açıq sahəyə qədər istehsal prosesi ilə tanış olmuşdur.
Keçidlər