Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
30 sentyabr 2025 | 15:30
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
Rayon rəhbəri şəhərin müxtəlif küçə və prospektlərində aparılan abadlıq, təmir-bərpa işlərinə baxış keçirib, görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Şəhər infrastrukturunun yenilənməsi, yaşıllaşdırma tədbirləri, səkilərin və yol örtüklərinin təmiri, ictimai yerlərin abadlaşdırılması istiqamətində görülən işlər əhalinin rahatlığı və şəhərin ümumi simasının daha da gözəlləşdirilməsinə xidmət edir.
İlqar Mahmudov abadlıq prosesinin mütəmadi nəzarətdə saxlanılmasını, işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasını tapşırıb.
Quba şəhərində aparılan abadlıq işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair verdiyi tapşırıqlara uyğun şəkildə həyata keçirilir və qarşıya qoyulan məqsəd şəhər sakinlərinin həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır.








