Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Bağbanlı qəsəbəsində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
2 oktyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsinin Bağbanlı qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmiş, səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə qəsəbənin Şəhidlər xatirə kompleksinin, Bağbanlı qəsəbə tam orta məktəbinin önündə qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Mütəllimov Rövşən Qəni oğlunun büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.








