Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən mütəmadi vətəndaş qəbulları keçirilir.

13 mart 2024 | 15:56

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Quba Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən mütəmadi vətəndaş qəbulları keçirilir.
13 mart 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda əvvəlcədən müraciət etmiş 16 nəfər sakin iştirak etmişdir. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, Rayon İcra Hakimiyyəti ilə bağlı müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər qaldırılan məsələlər isə müvafiq qurumlara yönləndirilmişdir.
Vətəndaşlar sakinlərin qəbulu və müraciətlərinə həssaslıqla baxılması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə etmişlər.

Keçidlər