Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən vətəndaşların fərdi qəbulu keçirildi.
29 yanvar 2026 | 10:06
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən vətəndaşların fərdi qəbulu keçirildi.
Qəbul zamanı vətəndaşların sosial-məişət, məşğulluq, torpaq, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Səsləndirilən problemlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.








